Məktəbimizdə “Riyaziyyat aylığı” elan olunmuşdur

Müasir dövrdə həyatda, istehsalatda tətbiqinə, ondan istifadə edilmə səviyyəsinə görə riyaziyyat digər elmlər arasında xüsusi yer tutur. Riyaziyyatın tətbiq sahələri çox olduğuna görə şagirdlərin gələcək həyat, istehsalat fəaliyyətinə hazırlanmasında riyaziyyat təlimi mühüm əhəmiyyət kəsb edir.Riyaziyyatın həyatla əlaqəli tədrisi riyaziyyatdan nəzəri materialın şagirdlər tərəfindən daha şüurlu mənimsənilməsinə yardım göstərir.Bütün bunları nəzərə alaraq, şagirdlərdə riyaziyyata marağı artırmaq üçün, eləcə də tədrisin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə noyabr ayı R.Nəsirov adına 111 nömrəli tam orta məktəbdə “Riyaziyyat aylığı” elan olunmuşdur. Riyaziyyat fənnini şagirdlərə daha yaxşı sevdirmək, bugünkü dövrümüz üçün lazım olan riyazi biliklərin əldə edilməsinə nail olmaq qarşımızda duran əsas tələblərdən biridir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi