“Çalışaq, sağlam olaq” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə “Genetik modifikasiya olunmuş orqanizmli ( GMO ) məhsullarla bağlı əhalinin məlumatlandırılması” adlı layihə çərçivəsində “Önəmli olan, məhsulun tərkibi və bizim sağlamlığımızdır. Çalışaq, sağlam olaq" mövzusunda Nəsimi rayon 111 saylı tam orta məktəbdə elmi nəzəri praktik konfrans keçirilib. Məktəbin direktoru Jalə Hacıyeva tədbiri açıq elan etdikdən sonra bir dəqiqə sükutla Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu yad edilib. Jalə Hacıyeva qeyd etdi ki, Azərbaycanda GMO ilə bağlı maarifləndirmə kampaniyasına ehtiyac var. Layihənin rəhbəri M.Əliyev çıxış edərək layihə çərçivəsində keçirilən tədbirlərdən çoxsaylı gənclərin faydalanmasından söhbət açıb və qeyd edib ki, GMO məhsullarının istehsalı fasiləsiz olaraq artır. Çox zaman həmin məhsulların üzərində onları təbii qidalardan fərqləndirən etiketlərin olmaması GMO istehlakının fəallıqda daha yüksək olduğunu deməyə əsas verir. Tədbirin keçirilməsində əsas məqsəd bu günümüzün vacib məsələsi Genetik modifikasiya olunmuş Orqanizimli (GMO) məhsulların cəmiyyətə verdiyi ziyanlar haqqında araşdırma aparmaq və bu barədə şagirdləri məlumatlandırmaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi