Məktəbimizdə “Ucal, Yaşa Azərbaycan” adlı tədbir keçirildi

Məktəbimizdə vətənpərvərlik mövzusunda mütəmadi olaraq müxtəlif məqsədyönlü tədbirlər həyata keçirilir. Noyabrın 17-də 111 saylı tam orta məktəbdə “Ucal, Yaşa Azərbaycan” adlı tədbir keçirilmişdir. Məktəbin foyesində şagirdlərin müxtəlif kreativ əl işlərindən ibarət rəngarəng sərgi təşkil olunmuşdur. Sərgidə 3 rəngli bayrağımızı və tarixi abidələrimizi simvolizə edən müxtəlif eksponatlar öz əksini tapmışdır. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxış edərək tədbir iştirakçılarını salamlamış, ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördükləri işlərdən, həyata keçirdikləri layihələrdən danışmış, rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat vermişdir. Tədbir boyu qonaqlar şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda ifa olunan şeir və mahnılarını dinləyib, rəqslərə tamaşa edərək, mövzu ilə bağlı video çarxları izlədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi