Vahid Əzizlə görüş

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 16 dekabr 2014-cü il tarixli, 1279 nömrəli əmrini rəhbər tutaraq silsilə tədbirlər sırasında növbəti tədbir 111 №-li məktəbdə baş tutdu. 16.04.2015-ci il tarixdə məktəbimizdə müəllim və şagird kollektivi ilə nəğməkar şair Vahid Əzizlə görüş keçirildi.Tədbirdə İncəsənət Universitetinin dossenti aktrisa Zülfiyyə Eldarqızı da qonaq qismində iştirak etdi.Görüş çox yüksək səviyyədə təşgil edilmişdi.Şagirdlər şairin şerlərini , onun şerlərinə bəstələnmiş mahnilar ifa etdilər.Tədbirin sonunda öz ürək sözlərini demək üçün söz Vahid Əzizə verildi. Şair səmimi görüşə görə məktəb kollektivinə minnətdarlığını bildirdi.Bu vaxta qeder çox görüşlədə iştirak etdiyini və yalnız bizimlə görüşün təəsuratlarından gözlərinin yaşardığını etiraf etdi.Bu görüşdən böyük zövq aldığını və bir neçə il cavanlaşdığını xüsusi qeyd etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi