3a sinif şagirdləri Qobustana ekskursiya etdilər.

  Məktəbin 3a sinif şagirdləri sinif müəllimi Nazilə Rzayevanın rəhbərliyi ilə asudə vaxtlarını səmərəli keçirmək üçün Qobustana ekskursiyaya getdilər. Bu gəzinti onlara Qobustan haqqında yeni məlumatlar əldə etmək imkanı verdi. Qobustan adının mənşəyi və anlamı barədə müxtəlif tədqiqatçılar fərqli fikirlər söyləmişlər. Lakin onlardan ən çox işlədilən fikir toponimin coğrafi şəraitlə bağlı yaranmasıdır. Həmin fikrə görə, Qobustan qobular diyarı, ucsuz-bucaqsız düzənlik, saysız-hesabsız təpələr arasında torpaq uçuntulardan əmələ gəlmiş yarğanlar və dərələrdir. Qobustan qayalarına çəkilmiş heyvan və insan şəkillərindən görünür ki, o zaman bu yerlərdə davamlı iqlim hökm sürmüşdür. Qayaüstü təsvirlərdən və arxeoloji qazıntılar zamanı əldə edilən tapıntılardan görünür ki, qədim dövrdə bu ərazi pələng, canavar, tülkü, çaqqal və başqa yırtıcı heyvanların da məskəni olmuşdur.Uşaqlar bu ekskursiyadan böyük zövq aldılar və Qobustan haqqında bilgilərini artırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi