“Zəfər filmi” adlı tədbir keçirildi.

  Məktəb üzrə keçirilən “Ruhumun ünvanı Şuşa!” adlı layihəsi çərçivəsində keçirilən tədbirlərin davamı olaraq 02 iyun tarixdə məktəbin 4a sinif şagirdlərinin iştirakı ilə “Zəfər filmi” adlı tədbir keçirildi.Uşaqlar “Sehirli xalat” ın sehri ilə mədəniyyətimizə,incəsənətimizə ekskursiya etdilər.Keçmişə düşən uşaqlar dahi Üzeyir bəyin muşiqisindən bəhrələnərək müasir dövrə qədər bir yol getdilər və sonda “Zəfər filmi”alındı.Bu yolda canlarından keçən Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi,möhtəşəm bayrağımız dalğalandı.

   Tədbirin sonunda şagirdlər dörd illik ibtidai təhsil pilləsi yolunu işıqlandıran, onlara analıq edən,savad verən sinif müəllimi Rəna Musayevaya öz minnətdarlıqlarını bildirdilər və Vətənə layiqli övlad olacaqlarına söz verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi