"Təbiəti qoruyanlar"adlı layihəsinin təqdimatı keçirildi.

  Uşaqların ekoloji maariflənməsi,onların ekoloji biliklərinin artırılması ,istedadı və yaradıcı uşaqların aşkara çıxarılması,təbiət fənlərinin digər fənlərə inteqrasiyanın təşkili ,ətraf mühitin və ekologiyanın mühafizəsi,təbii sərvətlərin qorunması və dövrün qlobal problemlərinin həllinə dəstək verilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil idarəsinin F-138 saylı 18.04.22-ci il tarixli,"Təbiəti qoruyanlar"adlı layihəsinin icrası ilə əlaqədar biologiya müəllimi  Lyudmila Sultanzadənin rəhbərliyi və 7ç sinif şagirdlərinin iştirakı ilə təqdimat keçirildi.Şagirdlər dünyada və Azərbaycanda mövcud olan ekoloji problemlərdən söz açdıqdan sonra prezidentimiz cənab İlham Əliyevin təbiətin mühafizəsinə ,yaşıllıqların salınmasına dair verdiyi qərarları səsləndirdilər. Tədbirdə eyni zamanda təbiətə həsr olunmuş mahnılar ,şeirlər təqdim olundu.Musiqinin müşayəti ilə İnsan-təbiət münasibətlərini əks etdirən səhnələr göstərdilər.Ətraf aləmə,təbiətə qaygıkeş yanaşmanın tərbiyəvi xüsusiyyətlərindən bəhs olundu,ekoloqiyanın qorunmasının əhəmiyyətindən danışıldı.Tədbirin sonunda 7ç və 2ç sinif şagirdləri ekoloji tərbiyənin göstəricisi kimi məktəb həyətində quş yuvaları  və yem qutuları asdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi