28 May Müstəqillik Gününə həsr edilmiş ” Zəfər tarixi “adlı təqdimat keçirildi.

  26 may tarixdə məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsini 18.04.22-ci il F-146 №-li “Zəfər tarixi” konfransının keçirilməsi əmrinin icrası ilə əlaqədar 28 May - Müstəqillik Gününə həsr edilmiş " Zəfər tarixi "adlı təqdimat keçirildi.

Artıq iki ildir ki,44 gün davam edən tarixi Vətən müharibəsindən Qələbə ilə ayrılan Azərbaycan xalqı 28 May Müstəqillik Gününü ərazi bütövlüyü bərpa olunmuş formada qarşılayır.Təqdimat şagirdlərin məktəbin adını daşıdığı şəhid R.Nəsirovun büstünü ziyarətlə başladı və “Zəfər tarixi” fənni üzrə dərslə davam edildi.Tarix müəllimi E.Qurbanova bildirdi ki,artıq erməni işgalından azad edilən torpaqlarımızda da bu bayram qeyd olunur.Azəzbaycan xalqı üçün 28 May Müstəqillik Gününün ərazi bütövlüyü bərpa olunmuş,torpaqları düşmən işğalından azad edilmiş və Cümhuriyyətin yadigarı olan şanlı bayrağının Şuşada,Ağdamda,Laçında və digər ərazilərimizdə dalğalandığı bir şəraitdə qeyd edilməsi heç bir müqayisəyə gəlməz böyüklükdə sevinc və qürurdur.Bu günü bizə yaşadan Azərbaycanın Qalib Lideri ,Prezident, Ali Baş Komandanımıza ,Müzəffər Ordumuza və izləri qəlbimizdən heç zaman silinməyəcək əziz şəhidlərimizə minnətdarıq.Dərsin ikinci hissəsi “Zəfər yolumuz”mövzusunda “dəyirmi masa” ilə davam etdi.Dövlət himni səsləndikdən sonra, Vətənin azad olunması yolunda canını fəda etmiş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha sonra şagirdlər Böyük Zəfərə aparan yolda Müzəffər Ali Baş komandanın rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar, müharibə dövründə dövlət başçısının apardığı uğurlu diplomatiya, Türkiyə-Azərbaycan münasibətləri, müharibədən sonra işğaldan azad edilmiş rayonlarda aparılan quruculuq işləri və s. haqqında ətraflı məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi