Məktəbimizdə Bayraq gününə həsr olunmuş sərgi təşkil olunub

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağımız – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Yüz ilə yaxın bir müddətdir ki, üçrəngli dövlət bayrağımız insanlarımız üçün müqəddəs ideal rəmzinə çevrilmişdir. Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir.R.Nəsirov adına 111 nömrəli tam orta məktəbdə hər il olduğu kimi bu il də Bayraq Günü yüksək səviyyədə qeyd edilir. 8 noyabr 2016-cı il tarixdən başlayaraq məktəbin foyesində müxtəlif sinif şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil olunub. Şagirdlər müxtəlif bəzək əşyalarından, forma və toxunma əl işlərindən istifadə edərək göz oxşayan işlər təqdim ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi