Şagirdlərimiz həftə sonu muzeylərə ekskursiya etdilər

Həftə sonlarını həm dincəlmək, həm də səmərəli keçirtmək məqsədi ilə məktəbimizin şagirdləri muzeylərə ekskursiya etdilər. Bayraq və xalça muzeyi ilə tanış olan uşaqlar gəzintidən böyük zövq aldılar.Bayraq muzeyində Azərbaycanlı memar və dizaynerlərinin layihələri əsasında qurulan və tərtibatında müasir dizayn texnologiyalarından istifadə olunan müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqlarla tanış oldular.Xalça muzeyində milli ornamentlərimizi özündə əks etdirən naxışlardan ibarət xalçalar daha çox maraqlarına səbəb oldu. Belə gəzintilər şagirdlərimizin estetik zövqlərinə çox müsbət təsir göstərir,milli incəsənətimizə marağı artırır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi