Qala Qoruğunda

Bu gün məktəbimizin bir qrup şagird və müəllimi Təhsil Nazirliyinin təşgil etdikləri layihə hesabına 2008-ci ildə Heydər Əliyev Fondu Qala Dövlət Tarix Etnoqrafiya qoruğunun ərazisindəki abidələrin qorunması, Abşeronda aşkar edilən arxeoloji tapıntılar hesabına qoruğun zənginləşdirilməsi məqsədi ilə açıq səma altındakı Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya etdilər. Kompleksdə Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və s. yerləşdirilib. Qala ekskursiyasında şagirdlərə toxuculuq, dulusçuluq, dəmirçilik ənənələrini yaşadan sənətkarların əl işləri nümayiş etdirilmiş, uşaqlar üçün ustad dərsləri təşkil olunmuş, gənc nəslin nümayəndələrinə qədim məişət və etnoqrafik ənənələrimizlə yaxından tanış olmaq imkanı yaradılmışdı. Qalada uşaqların istirahəti, onların xalqımızın qədim tarixini, mədəniyyətini dərindən öyrənməsi, qədim el sənətlərinin müxtəlif növlərinə yiyələnməsi, müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi