Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş açıq dərs keçirildi

24.02.2022 ci ildə məktəbimizin 5 A sinfində tarix müəlliməsi Fehruzzadə Xatirə tərəfindən Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş açıq dərs keçirilmişdi. Dərs zamanı Xocalı soyqırımı haqqında slayd və qısametrajlı film nümayiş olunmuşdu. Dərsin gedişində şagirdlər mövzu ilə   bağlı müxtəlif tapşırıqları yerinə yetirmiş, referat işləri hazırlamışlar.

Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi