Şəhidlərimizi qürur və ehtiramla yad edirik

Qanlı Yanvar hadisələrindən 32 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.Azərbaycan xalqı hər zaman 20 Yanvar hadisəsində şəhid olanların xatirəsini əziz tutub.

Hər il faciənin ildönümü ərəfəsində məktəbin şagird və müəllimləri istiqlal fədailərinin xatirəsini böyük ehtiramla yad edir.19 yanvar 2022-ci il tarixdə məktəbin şagirdləri növbəli şəkildə 20 Yanvar faciəsi ilə bağlı məktəbin foesində xüsusi  hazırlanmış guşəyə faciənin simvoluna çevrilmiş al qərənfillər düzüb, onları qürurla anıb, şerlər səsləndirib, bu faciəni törədənlərə dərin nifrətlərini bildiriblər. Tədbirdə çıxış edən məktəbin direktoru Jalə Hacıyeva qeyd edib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Tarixdə bənzəri olmayan bu cür qəddarlıq və vəhşilik nəticəsində əliyalın, dinc, mülki əhali kütləvi qətliama məruz qalıb. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazıblar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.

 Məktəbdə bütün dərslər Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Qanlı 20 Yanvar hadisələri zamanı həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi