Məktəbdə "Kiçik akademiya" üzvlərinin iştirakı ilə ölkə başçısı İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş  "İlham Əliyev - Zəfər və qəhrəmanlıq simvoludur" mövzusunda Dəyirmi masa təşkil olundu

24 dekabr tarixində məktəbimizin "Kiçik akademiya" üzvlərinin iştirakı ilə ölkə başçısı İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş  "İlham Əliyev - Zəfər və qəhrəmanlıq simvoludur" mövzusunda Dəyirmi masa təşkil olunmuşdur. Tədbir dövlət himninin səslənməsi ilə başladı, ardınca Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı olan İlham Əliyevin həyat yolu haqqında qısa videorolik təqdim olundu. Şagirdlər tərəfindən Azərbaycan Respubliksının prezidenti İlham Əliyevin xalqımızın rifahı naminə gördüyü tədbirlər haqqında məlumat verildi. Tədbirin gedişində İlham Əliyevin uğurlu daxili və xarici siyasətini özündə əks etdirən müxtəlif videoçarxlar nümayiş olundu. Sonda  Ali Baş Komandanın rəhbərliyi altında 21ci əsrin ən böyük qələbəsi olan Vətən müharibəsi haqqında şagirdlərin hazırladıqları sənədli film nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi