Qazilərlə Görüş keçirildi

10 dekabr 2021-ci il tarixdə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anım günü ərəfəsində məktəbdə Nəsimi rayon Veterenlar Şürasının sədri Validə Vəliyeva, Azərbaycan Respublikası Veteranlar Təşkilatının İdeologiya şöbəsinin müdiri Polkovnik Adil Haqverdiyev,şöbənin baş mütəxəssisi Nəbi Hacıyev. II Qarabağ müharibəsi Qaziləri Əhmədov Mətləb Hüseyn oğlu, Əhmədov Elçin Əhməd oğlu ilə görüş keçirildi. Görüş dövlət himninin səslənməsi ilə başlandı.Daha sonra Ümummilli Lider Heydər Əliyevin,Vətən uğrunda canını fəda edən Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Açılışa məktəbin direktoru Jalə Hacıyeva öz nitqi ilə başlayaraq qonaqları təqdim etdi.

Görüşdə I və II Qarabağ müharibəsinin iştirakçıları keçirdikləri döyüş yolu, Vətənin müdafiəsi uğrunda apardıqları mübarizə haqqında öz təəssüratlarını məktəblilər ilə bölüşdülər. Söhbət əsnasında qazilər məktəblilər tərəfindən ünvanlanan məktubların onlara nə qədər ruh yüksəkliyi verdiyini söylədilər.Onlar Vətənə, torpağa sevginin məktəbdən, müəllimlərdən aşılandığını vurğulayaraq məktəblilərə dərslərində uğurlar arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi