Şagirdlərimiz Qala kəndində yerləşən muzey kompleksinə ekskursiya ediblər

21.11.2021 tarixində məktəbin 5 “D” sinif şagirdləri sinif rəhbəri Sitarə Səfərova ilə birlikdə Qala kəndində yerləşən muzey kompleksinə ekskursiya ediblər. Şagirdlər tullantılardan istifadə yolu ilə hazırlanan kompozisiyalar ilə tanış olublar. Daha sonra açıq havada yerləşən muzeyə baxış keçirilib, muzey bələdçisi şagirdlərə maraqlı eksponatlar barədə məlumat verib. Şagirdlər dulusçu Cəfər ilə söhbət ediblər və onun gildən boşqabın necə düzəldiyi prosesini izləyiblər. Qədim dövlərdə Azərbaycan ərazisində yaşayan əcdadlarımızın həyat tərzi, yaşayışı, adət-ənənələri, məşguliyyət sahələrinə dair nümayiş olunan tarixi əşyalar və maketlər şagirdlərdə böyük maraga səbəb olub.
Sitarə Səfərovanın sözlərinə görə, belə tədbirlər təkcə şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədi daşımır, həmçinin onların tariximiz və ənənələrimizlə baglı biliklərinin əyani olaraq möhkəmləndirilməsinə yardım edir. Bu qəbildən olan tədbirlərin gələcəkdə də təşkili nəzərdə tutulur.