5D sinif şagirdləri ” Zəfər Günümüz” adlı tədbir keçirdilər

Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Zəfər günü ilə məlaqədar məktəbimizdə tədbirlər davam etməkdədir. Məktəbin Rus dili və ədəbiyyat müəllimi Sitarə Səfərovanın rəhbərliyi ilə 5D sinif şagirdləri ” Zəfər Günümüz” adlı tədbir keçirdilər. Tədbirdə məktəbimizin məzunu və Vətən müharibəsi iştirakçısı Rəşad Razi oğlu Nəbiyev iştirak etdi.
Rəşad Razi oğlu Nəbiyev (əslən Borçalı mahalının Faxralı kəndi İveylər nəslindəndir) 27.08.201-ci ildə Bakı şəhərində doğulub.3 yaşında ikən ailəsi Rusiyanın Vladimir oblastının Murom şəhərinə köçüb.Məktəb illərində buz üzərində qaçış idman növü ilə məşgul olub. Əmək dərsindəndaha fəal vəqabiliyyətli olduğundan bir çox müsabiqələrə göndərilmiş, Diplomla mükafatlandırılmışdır. Fitri yaradıcılıq istedarına malikdir.
2014-cü ildən doğma Vətəni Azərbaycana qayıtmışlar. 2019-cu ildə orta təhsilini R. Nəsirov adına 111 saylı məktəbi (rus böməsi) bitirib. Elə həmin ildə Bakı Qida Sənaye Kollecinə daxil olub. Oktyabrın 1-dən təhsilini donduraraq həqiqi hərbi xidmətə gedib.
İlk olaraq cəbhə zonası olan Goranboy rayonunda (Ballı Qaya və Ağcakəntdə) xidmət edib. Tank Əleyhinə Batalyon (TƏB) da təlim-tədris kursu keçiblər.
Sentyabrın 27-dən müxtəlif döyüş bölgələrində iştirak edib. Talış kəndinin alınmasında, Ağdərə istiqamətində döyüşlərdə, Murov dağı zirvəsinin ələ keçirilməsində iştirak edərək Kəlbəcərə tərəf istiqamət götürüblər. Hal hazırda Kəlbəcərdə xidmərini davam etdirir.
Rəşadın olduqu döyüş bölgəsi Murov dağ ,Suqovuşan,Talış kəntləridir.