18 oktyabr Müstəqilliyin bərpası günü “Zəfər Yolu” adlı tədbirlər təşkil olundu

2020-ci il sentyabrın 27 dən başlayan 44-gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.Azərbaycan xalqı öz liderinin –müzaəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümaiş etdirdi. 30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi. 8 noyabr 2020-ci il Qarabağa qovuşduğumuz tarix.Bu böyük qələbə günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.

Kiçik qəlbləri vətən sevgisi ilə dolub daşan Nəsimi rayonu R.Nəsirov adına 111 saylı tam orta məktəbin VI”C” sinif şagirdlərivə həmin məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Günay Hacıyeva ilə birlikdə hazırladıqları “Zəfər Yolu” adlı tədbirlərini 18 oktyabr Müstəqilliyin bərpası günü təşkil etdilər. Şagirdlər öz tədbirlərini Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edərək açdılar. Bu tədbirdə Azərbaycanın keçdiyi keşmekeşli yolardan, Vətən uğrunda canlarından keçen igidlərimizdən, döyüşərək öz sağlamlığıqlarını qurban veren qazilərimizdən, Ali Baş Komandan İlham Əliyevin və ordumuzun ətrafında “Dəmir Yumruq” kimi birləşən vətənpərvər ruhlu xalqımızdan qürur hissi ilə bəhs etdilər. Şagirdlər Vətən sevgisini, şəhidlərə,qazilərə bəslədikləri dərin minnətdarlıq hisslərini şerlərlə də çatdıraraq dinləyicilərin ruhunu oxşadılar.

Tədbir Ali Baş Komandan İlham Əliyev Cənablarının “Qarabağ Bizimdir,Qarabağ Azərbaycandır” şüarı ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi