Şagirdlərimiz VII Bakı Beynəlxalq Kitab Sərgisinin açılışında iştirak etdilər

8.10.2021 - ci il tarixində məktəbimizin 11 A sinfinin şagirdləri tarix müəlliməsi  Fehruzzade Xatirənin rəhbərliyi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkil etdiyi və görkəmli Azərbaycan şairi  Nizami Gəncəvinin 880 illiyinə həsr olunan VII Bakı Beynəlxalq Kitab Sərgisinin açılışında iştirak etmişlər. Sərgidə ordumuzun Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbəsinə həsr olunan, Qarabağın tarixi və mədəniyyətini əks etdirən kitablar, jurnallar xüsusi yer tutmuşdu. VII Bakı Beynəlxalq Kitab Sərgisində şagirdlərimiz yerli və xarici müəlliflərin kitabları ilə tanış olmuş, bəzi nəşriyyatlar tərəfindən onlara müxtəlif kitablar hədiyyə olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi