Son zəng tədbiri keçirildi

Əlvida, doğma məktəb,Alqış gələn səhərə.Heç nə itmir dünyada,Dönür xatirələrə...Hər bir insanın həyatında bir ömür boyu unuda bilməyəcəyi, hər zaman sevinc göz yaşları ilə xatırlayacağı anlar olur. Bax belə anlardan biri də məktəb illəri zamanı yaşadığımız xoş xatirələr, heç zaman da unutmadığımız məzun olduğumuz Son Zəng günüdür. Bu il ötən illərdən fərqli olaraq Son Zəng 14 iyun tarixində keçirildi.R.Nəsirov adına 111 N-li tam orta məktəbdə də hər il olduğu kimi bu il də Son zəng tədbiri həm sevinc,həm də kədər dolu anlarla yadda qaldı.Tədbirdə qonaq qismində BŞTN-nin əməkdaşı Ə.Abdullayev, Nəsimi İcra Hakimiyyətinin nümayəndələri,valideynlər,məzunlar iştirak etdilər.Tədbir Azərbaycan Dövət Himninin səslənməsi ilə başlandı.Təbrik sözü ilə çıxış edən məktəbin direktoru J.Hacıyeva məzunları bu gün münasibəti ilə təbrik etdi.O, bildirdi ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti bu gün möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam edir.Və bu yolda gənc məzunlara uğurlar dilədi.Onlara məzun adından sonra tələbə adına layiq olmalarını arzuladı.Söz alan qonaqlar da məzunlara öz təbriklərini çatdırdılar.Tədbir gözəl və şən musiqi ifaları ilə davam etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi