4Ç sinfinin buraxiliş gecəsi keçirildi

Uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqları Beynəlxalq müdafiə günü on illərdir bütün dünyada keçirilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.Bu gün R.Nəsirov adına 111N-li tam orta məktəbdə Uşaqların Beynəlxalq Müdafiə günü ilə bərabər 4Ç sinfinin buraxılış gecəsi də qeyd edildi.Tədbirin təşkilatçısı 4Ç sinif şagirdləri və sinif rəhbərləri Sevda Cavadova böyük həvəslə hazırladıqları bayram proqramını təqdim etdilər.Proqramda rəqs,mahnı,şer, 4 illik ibtidai sinif yolunu bərabər keçirtdikləri şəkillərdən ibarət slaydlar təqdim edildi.Şagirdlərin müəllimlərinə ithaf etdikləri ürək sözləri zalda əyləşən hər kəsi kövrəltdi.Məktəbin direktoru Jalə Hacıyeva da uşaqları həm Uşaqların Beynəlxalq Müdafiə günü həm də buraxılış gecəsi münasibəti ilə təbrik etdi və bildirdi ki, əziz uşaqlar, əziz balalar, siz həyatda ilk addımlarınızı atırsınız. Hələ uşaqsınız, körpəsiniz, ancaq çox istedadlısınız, siz bacarıqlısınız. Sizin çox gözəl gələcəyiniz vardır. Şübhəsiz ki, bu gələcək həm sizdən asılıdır, həm sizin valideynlərinizdən asılıdır, həm də sizə təhsil verən, tərbiyə verən insanlardan asılıdır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, sizin müəllimləriniz və valideynləriniz böyüyüb boya-başa çatmanızda, gələcəkdə Azərbaycanın dəyərli vətəndaşları olmanızda öz səylərini bundan sonra da əsirgəməyəcəklər.Bayram çox böyük əhval ruhiyyə ilə davam etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi