Məktəbimizdə fəaliyyət göstərən məktəbə hazırlıq qrupu uşaqlarının buraxılış gecəsi keçirildi.

1 iyun 2016-cı il tarixdə R.Nəsirov adına 111N-li tam orta məktəbdə fəaliyyət göstərən Kaspi məktəbə hazırlıq qrupu uşaqlarının buraxılış gecəsi keçirildi.Tədbirdə məktəbin direktoru J.Hacıyeva direktor müavini R.İsmayılova,uşaq birliyi rəhbəri S.Paşayeva və valideynlər iştirak etdilər. İlk öncə qrupun müəllimi Rəmziyyə Hüseynova çıxış edərək uşaqları təbrik etdi və onları sentyabrda ilk dəfə 1-ci sinifə getdikləri üçün müvəffəqiyyətlər arzuladı. Sonra uşaqların ifasında müsiqili-əyləncəli tədbir başladı. Müxtəlif səhnələşdirilmiş nömrələr, rəqs və mahnılar tədbir iştiraksılarının alqışları ilə qarşılandı.Tədbirdə çıxış edən məktəbin direktoru J.Hacıyeva uşaqları məktəbə getmələri münasibəti ilə təbrik etdi, onlara gələcək həyatda müvəffəqiyyətlər və ölkəmiz üçün layiqli övlad olmalarını arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi