1 iyun Uşaqların Müdafiə Günü- məktəbdə uşaqlarımızı belə qarşıladıq.

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu münasibətlə R.Nəsirov adına 111N-li tam orta məktəbin kollektivi şagirdlərini məktəbin həyətində xüsusi qarşıladı. Məktəbin direktoru J.Hacıyeva uşaqları bu gün münasibəti ilə təbrik etdi və bildirdi ki, müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.Eynıi zamanda məktəbin təlim tərbiyyə işləri üzrə direktor müavini R.İsmayılova da öz növbəsində uşaqları təbrik etdi və gələcək həyatlarında da uğurlar arzuladı.Uşaqlar müxtəlif musiqi sədaları altında rəqs edib əyləndilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi