“Ulduz” şokolad fabrikinə ekskursiya

31 may 2016-cı il tarixdə R.Nəsirov adına 111 N-li tam orta məktəbin IIIA və IIIC sinif şagirdləri “Ulduz” şokolad fabrikinə ekskursiya etdilər. Fabrikin əməkdaşları ekskursiya iştirakçılarına şokolad məhsullarının hazırlanma texnologiyası barədə ətraflı məlumat verdilər.Daha sonra şagirdlərlə birgə fabrikin ayrı-ayrı istehsal sahələrini gəzdilər, hazırlanan məhsullardan yerindəcə dadma şəraiti yaratdılar. Həmçinin, ekskursiya iştirakçılarına “Ulduz” şokolad fabrikinin məhsulları hədiyyə olundu.Bayram ərəfəsində olan bu gəzintidən uşaqlar böyük zövq aldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi