“Vətənimin Tarixi” adlı dəyrimi masa keçirildi.

27 may 2016-cı il tarixdə R.Nəsirov adına 111N-li məktəbdə məktəbin tarix müəllimləri E.Qurbanova, N.Vahidovanın rəhbərliyi ilə VI vı VII sinif şagirdlərinin iştirakı ilə 28 may Respublika gününə həsr edilmiş “Vətənimin Tarixi” adlı dəyrimi masa keçirildi. Öncə tarix müəllimi E.Qurbanova Azərbaycan xalqının tarixinə yazılmış bu tarixi gün haqqında genış məlumat verdi. Sonra məktəbin direktoru J.Hacıyeva şagirdlərə bu mövzuda söhbət apardı və bildirdi ki,28 May Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün xalqımızın tarixində ən şərəfli günlərdən biridir. Həmin gün çoxəsrlik tarixi olan Azərbaycanda müstəqil dövlət qurulmuşdur. Bu, həm də müsəlman dünyasında ilk demokratik dövlət idi. Həmin mürəkkəb dövrdə böyük çətinliklərə və maneələrə baxmayaraq, bu dövləti qurmağa nail olmuş insanların əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır. Bu dövlət 23 ay yaşasa da, onun dövlətçilik ənənəsi və milli özünüdərk baxımından olduqca böyük əhəmiyyəti vardır. Müstəqilliyimizin əldə olunması və qorunub saxlanmasında əməyi olan hər kəsin adıAzərbaycan tarixinə qızıl hərflərlə yazilmışdır.Sonda şagirdlər vətənpərvər mövzuda şerlər söylədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi