Şagirdlərimiz maarifləndirici seminarda iştirak etdi

“Futbolçulara Hüquqi Yardım Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirilməsi, onların asudə vaxtının səmərəli təşkilində uşaq futbol məktəbləri ilə əməkdaşlığının gücləndirilməsi” layihəsinin icrasına başlayıb. Layihənin vəzifələri arasında zərərli vərdişlərlə bağlı yeniyetmə və gənclərin maarifləndirilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı məktəbdənkənar müəssisələr haqqında məlumatlandırmaq, orta məktəblərlə məktəbdənkənar müəssisələr haqqında əməkdaşlıq əlaqələrini genişləndirmək və s. kimi məsələlər var. Bu məqsədlə 20 may 2016-cı il tarixində R.Nəsirov adına 111 N-li tam orta məktəbdə təşkilatın direktoru Həsrətli Həsrət və layihə rəhbəri Gülzar Məmmədlinin iştirakı ilə seminar keçirildi. Seminarda məktəbin 2005-2006 təvəllüdlü futbola həvəs göstərən şagirdləri, məktəbin fiziki tərbiyə müəllimi Mahir İskəndərov və məktəbin sinifdən xaric və məktəbdənkənar işlər üzrə direktor müavini İsayeva Nəzakət də iştirak etdi.Seminarlarda uşaq hüquqları, uşaqların zərərli vərdişlərdən çəkindirilməsi formaları, asudə vaxtın səmərəli təşkili, fərdi qiymətləndirmə, uşağın inkişafında ailənin və məktəbin rolu, özünəinam və psixoloji qiymətləndirmə, çətin vəziyyətdə qərar qəbul etmə, təhsil və futbolun qarşılıqlı əlaqəsi və vacibliyi haqqında geniş məlumatlar verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi