Məktəbimizdə “Uşaq hüquqlarının pozulmasının qarşısının alınması” layihəsi keçirildi

“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Uşaq hüquqlarının pozulmasının qarşısının alınması” layihəsinin icrasına başlayıb. Layihənin əsas məqsədi məktəb uşaq birliklərinin və psixoloqların rolunu artırılmaqla uşaq hüquqlarının pozulmasının qarşısının alınmasına və zorakılığa məruz qalmış uşaqların problemlərinin həllinə dəstək göstərilməsi işini gücləndirməkdir. Bu məqsədlə Hüquqi Təbliğat İctimai Birliyinin sədri Nazir Quliyev,psixoloq Sara Əzizova, Ambusman aparatının əməkdaşı Anara Hacıyeva,İlahə Əfqanlı R.Nəsirov adına 111 N-li tam orta məktəbdə uşaqların iştirakı ilə ”Uşaq hüquqları və uzaqların zorakılıqdan qorunması”mövzusunda seminar keçiridi. Seminarda uşaq hüquqları ilə bağlı beynəlxlaq və milli sənədlər, uşaq hüquqlarının pozulması formaları, onların müdafiəsi, uşaqlara qarşı zorakılıq, uşaqların müraciət etmə mexanizmi və digər mövzular müzakirə edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi