Şagirdimiz “Ən yaxşı təqdimat” müsabiqəsində mükafatlandırılıb

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən davamlı olaraq öyrənilməsi məqsədilə keçirilən mühüm tədbirlərdən olan onlayn “Ən yaxşı təqdimat” müsabiqəsində fərqlənən paytaxt məktəbliləri mükafatlandırılıb. Mükafatlandırmada BŞTİ-nin müdiri Rəşad Tağıyev çıxış edərək təhsilin inkişafının hər zaman Ulu öndərin genişmiqyaslı fəaliyyətində prioritet istiqamət kimi mühüm yer tutduğunu və bu sahədə inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

IX-XI sinif şagirdləri arasında təşkil olunan “Ən yaxşı təqdimat” müsabiqədə məktəbimizin X sinif şagirdi Sevinc Rüstəmova da iştirak etmiş III yer qazanaraq qiymətli hədiyyə və “DİPLOM” la təltif edilmişdir.

Sevinci təbrik edir və daha çox uğurlar arzulayırıq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi