“Narkomaniya Bəşəriyyətin bəlası”dır adlı tədbir keçirilmişdir.

İnsan ölümü müxtəlif səbəblərdən gerçəkləşə bilər. Müharibələr, yoluxucu xəstəliklər, avtomobil qəzaları, qətl hadisələri, intihar halları, təbii fəlakətlər, bəzi ölkələrdə hökm sürən aclıq və.s. bu amillərin sırasındadır. Son çağlar sadalananların sırasına biri də əlavə olunub. Bu, ağ ölüm adlandırdığımız narkomaniyadır. Narkomaniya birbaşa intihar halı olmasa da, onun insanları tədricən məhv etdiyini, ölümə sürüklədiyi inkaredilməzdir.Artıq uzun müddətdir ki, narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. 6 may 2016-cı il tarixdə R.Nəsirov adına 111 N-li tam orta məktəbdə “Narkomaniya Bəşəriyyətin bəlası”dır adlı tədbir keçirilmişdir.Tədbirdə Nəsimi rayon Polis İdarəsinin rəis müavini Vüsal Rüstəmov,Polis İdarəsinin əməkdaşları,şəhər Narkoloji Dispanserin həkimi Tərikə Quliyeva iştirak edərək məktəbin yuxarı sinif şagirdləri ilə mövzu ətrafında geniş söhbət aparmışlar.Tədbirin sonunda “Narkomaniya Bəşəriyyətin bəlası”dır adlı video çarx nümayiş etdirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi