“Plastiksiz həyat uşaqların gözü ilə” rəsm müsabiqəsinin qalibi olan şagirdlərimiz mükafatlandırılıb

  19 fevral 2020-ci il tarixdə şagirdlərimiz Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Plastiksiz həyat uşaqların gözü ilə” rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində iştirak etdilər.Müsabiqə plastik tullantıların ətraf mühitə və insan sağlamlığına təsiri barədə uşaqların fikirlərinin öyrənilməsi və rəsm əsərlərində əks etdirilməsi məqsədilə keçirilib. Müsabiqəyə müxtəlif yaş qruplarından  şagirdlər qatılıb. Qaliblərə təşkilatçılar tərəfindən diplom təqdim olunub, hədiyyələr verilib.Sonda plastik tullantıların təbiətə, insan sağlamlığına vurduğu zərər və plastiksiz həyat tərzi ilə bağlı şagirdlərin əl işləri nümayiş olunub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi