Məktəbdə “Reproduktiv sağlamlıq” mövzusunda görüş keçirildi

18 fevral 2020-ci il tarixdə məktəbdə Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığında  VI  siniflərin qız şagirdləri ilə Təhsil Nazirliyinin nümayəndəsi  tərəfindən “Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici görüş-söhbəti baş tutdu.  Yeniyetmələrə bildirdi ki: “Reproduktiv sağlamlıq" fiziki, mənəvi və sosial rifah vəziyyətidir. Yeniyetməlik dövrü-uşaqlıqdan yetkinliyə keçid dövrü, sürətli fiziki inkişaf, psixoloji, emosional, intellektual, mədəni, mənəvi inkişafdır. “Reproduktiv sağlamlıq” mövzusunda Tədbirdə müxtəlif məlumatlar verildi, videoçarx nümayiş etdirildi. Şagirdlərin müxtəlif sualları cavablandırıldı... Sağlam gənclik gələcəyin sağlam vətəndaşı, sağlam ailəsi deməkdir” anlayışı şagirdlərə aşılandı. Gündəlik həyatlarında hər bir insanın əməl etməli olduğu vacib gigiyena tələbləri şagirdlərin diqqətinə çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi