“Lütfi Zadə adına Bakı şəhəri məktəbliləriarasında I Məntiq Olimpiadası”nın məktəb mərhələsi keçirildi

30 aprel 2016-cı il tarixdə R.Nəsirov adına 111 N-li tam orta məktəbin V-VI sinif şagirdləri (Azərbaycan və rus bölmələri) arasında “Lütfi Zadə adına Bakı şəhəri məktəbliləriarasında I Məntiq Olimpiadası”nın məktəb mərhələsi keçirilmişdir.Olimpiadasının keçirilməsində əsas məqsəd V və VI sinif şagirdlərinin lazımi həyati bacarıqlara sahib olması, aldıqları bilikləri həyatda tətbiq edə bilməsi, qarşılaşdığı hadisələrdə tez və düzgün qərar verə bilməsinə kömək edəcək məntiqi təfəkkürü inkişaf etdirmək və bu sahəyə marağın artırılmasıdır. Olimpiadanın bu il ilk dəfə keçirilməsini və yeni bilik yarışması ənənəsinin yaradılmasını nəzərə alaraq olimpiadanın birinci mərhələsi – məktəbdaxili mərhələsi, şagirdlər və valideyinlər arasında düzgün təbliğ edilməklə müvəffəqiyyətlə həyata keçirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi