“Şahinlər” hərbi – idman oyunun final mərhələsi keçirilmişdir

Nəsimi rayon Gənclər və İdman İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə birgə 27 aprel 2016 – cı il tarixdə böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qaygını daha da artırmaq,məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasında kömək göstərilməsi məqsədi ilə rayon məktəbliləri arasında keçirilən “ Şahinlər ” hərbi – idman oyunun final mərhələsini keçirmişdir. Final mərhələsində R.Nəsirov adına 111 N-li tam orta məktəbin GÇH rəhbəri,baş leytinant Elçin Xankişiyevin rəhbərlik etdiyi komandamız iştirak edib. Yarışın nəticələrinə görə komandamız 3-cü yeri tutmuşdur. Şahinləri təbrik edir,daha böyük uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi