Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü keçirildi

Aprelin 28-də XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan Zərifə xanım Əliyevanın anadan olmasının 93-ci ildönümü tamam olur. R.Nəsirov adına 111N-li tam orta məktəbin şagirdləri və məktəb müəllimləri tərəfindən Zərifə Əliyevanın 93-cü ildönümünə həsr edilmiş dəyrimi masa məktəbin kitabxanasında qeyd edildi. Anım tədbirində məktəbin direktoru J.Hacıyeva Zərifə xanımın həyat və yaradıcılığından, onun elmi fəaliyyətinin zənginliyindən,bir ana və bir qadın kimi nə qədər zərif, eyni zamanda güclü olduğundan danışdı.Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi G.Məcidova Zərifə xanım haqqında öz fikirlərini iştirakçılara çatdırdı.Şagirdlər anaya həsr olunmuş müxtəlif şerlər söylədilər.Sonda müəllifi Sevil Əliyeva olan “Əziz Ana” mahnısı şagirdlər tərəfindən ifa edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi