“Oxu Günü”

23 aprel 2016-cı il tarixində mütaliəyə diqqətin artırılması məqsədilə keçirilən “Oxu Günü” ədəbiyyata marağı olan hər kəsdə kitab bayramı abu-havası yaşatdı. Belə bir layihəni həyata keçirməkdə məqsəd yeniyetmə və gənclər arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağı daha da artırmaq, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.R.Nəsirov adına 111N-li tam orta məktəbin şagirdləri kitab bayramında çox böyük ruh yüksəkliyi ilə iştirak etdilər,yeni kitablarla tanışlıq,tanınmış yazarlarla görüşlər onlarda kitaba,qiraətə marağı daha da artırdı.Onlar gələcəkdə də belə layihələrdə daha fəal iştirak etmək arzusunda olduqlarını bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi