Şagirdlərimiz Qobustan Milli Tarixi-Bədii Qoruğuna ekskursiya edib

Qobustan tarixi abidələrinin öyrənilməsi 1939-1940-cı illərdən başlayaraq, bu günə qədər də davam edir. Qobustanın abidələr məcmusu nadir rəsmlər kolleksiyası kimi, arxeoloji materiallar və ibtidai insanların yaşayış tərzini əks etdirən bir material kimi dünya miqyasına malikdir.Azərbaycanın qədim mədəniyyətini yaxından oyrənmək məqsədilə 20 aprel 2016-cı il tarixində R.Nəsirov adına 111 N-li tam orta məktəbin 6-cı sinif şagirdləri Qobustan Milli Tarixi-Bədii Qoruğuna ekskursiya etmişlər. Burada şagirdlər qədim insanların yaşam tərzini özündə əks etdirən qayaüstü rəsmlərlə,qaval daşı ilə,qədim insanlar yaşayan mağaralarla yaxından tanış olmuşlar. Kişilərin ovçu geyimində, silahlı təsviri, o dövrlərdə ovçuluq insanların həyatında mühüm yer tuturduğundan ceyranların, maralların, vəhşi keçilərin, atların, qabanların, şirlərin çoxsaylı rəsmləri uşaqların böyük marağına səbəb olmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi