Şagirdlərimiz Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar teatrında

Məktəbimizin 8b sinif şagirdləri sinif rəhbəri Məleykə Qaraxanova və ədəbiyyat müəllimi Nərminə Musayevanın rəhbərliyi ilə qış tətili günlərində asudə vaxtlarını səmərəli keçirmək məqsədilə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar teatrında olmuşlar.
Şagirdlərimiz Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin geriliyi,cahilliyi gülüş hədəfinə çevirən,gəncləri elmə səsləyən “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşasını maraqla izləmiş,tamaşadan xoş təəssuratlarla ayrılmışlar.