15 Sentyabr "Bilik günüdür"

               Sentyabrın 15-i Azərbaycanda "Bilik Günü"dür. Ölkəmizdə yeni tədris ili başlayır. Bu gün ölkəmizin hər bir orta və ali təhsil müəsissəsi öz qapılarını yenidən şagird və tələbələrin üzünə açır. Hər il olduğu kimi bu il də məktəbdə 15 sentyabr “Bilik Günü “nə həsr edilmiş tədbir keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi, valideynlər, Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndələri və məktəbə ilk dəfə qədəm qoyan birincilər iştirak etdi. Tədbiri məktəbin direktoru Mehdiyev K.Q. öz çıxışı ilə açıq elan etdi. Çıxışın əvvəlində o, ilk növbədə, məktəbin keçənilki nailiyyətlərindən, yüksək nəticə əldə edərək tələbə adı almış məzunlar haqqında fərəh hissi ilə danışdı. Bu il 69 məzun ali məktəblərə sənəd vermiş, bunlardan 43 nəfəri tələbə adına layiq görülmüşdür. 3 nəfər məzunumuz 600-dən çox, 13 məzun 400-600 arası, 17 məzun 200-400 arası bal toplamışdır. 233 nəfər şagird birinci sinfə qədəm qoymuşdur. Cıxışın sonunda Kərəm müəllim birincilərə, o cümlədən məktəbin müəllim və şagird kollektivinə 2019-2020-cu tədris ilində uğurlar arzu etdi. Sonra  icra hakimiyyəti nümayəndəsi cıxış edərək    müəllim və şagird   heyətini yeni dərs ili münasibəti ilə təbrik  etdi və qeyd etdi ki,  2019-2020-cu tədris ilində də məktəbimizin   yüksək nəticə əldə edərək öndə getməsinə inanır.  Daha sonar yüksək bal toplamış məzunlarımızın valideynləri  çıxış edərək bu gün münasibəti ilə bütün müəllimləri, şagirdləri və valideynləri təbrik etdilər. Birincilər “ Bilik Günü “ nə aid şeirlər söylədilər. Tədbirin sonunda ilk zəng vuruldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi