Xocalı qan yaddaşımız

 

               Bu gün məktəbimizin akt zalında “ Xocalı soyqrımı “nın 32-ci il dönümünün qeyd olunması ilə əlaqədar tədbir keçirildi.Tədbiri  giriş sözü ilə məktəbin  tarix müəllimi Süleymanova Hədiyyə açdı.O öz çıxışında qeyd etdi ki , Xocalı soyqrımı Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuşdur. 1992 -ci ilin fevralın 26 -da Ermənistan hərbi birləşmələri Xocalı şəhərində genosit aktı həyata keçirdi.Onlar şəhərə hücum edərək 3000-nə yaxın şəhərdə qalmış insanları blogkadaya saldı, 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu.106 nəfər qadın, 63 az yaşlı uşaq, 70 qoca öldürüldü , 8 ailə tamamilə məhv edildi.Sonra ssenari əsasında 4 -cü sinif  şagirdləri tərəfindən hazırlanmış ədəbi bədii kompozisiyalar göstərildi, şeirlər  söylənildi. Xocalı hadisələrini əks etdirən slaydlar  nümayiş etdirildi. Tədbiri yekun sözü ilə məktəbin direktor  müavini Şəfaqət Vəliyeva yekunlaşdırdı.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi