Məktəblilər üçün “Muzey həftəsi”nə start verilib

Mayın 13-də “Multikulturalizm ili” çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlığı ilə “Muzey həftəsi”nə start verilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi Anar Quliyev, Prezident Yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, ümumi təhsil müəssisələri və muzey rəhbərləri, şagirdlər iştirak ediblər. Proqramın məqsədi məktəbliləri ölkənin böyük muzeylərinin kolleksiya fondunun elmi-mədəni, tarixi, ekoloji, davamlı inkişaf konsepsiyası və etnoqrafik aspektləri ilə tanış etməkdir.. Tədbirdə, həmçinin 2015-ci ildə keçirilmiş “Muzey həftəsi”ndə fəallıq göstərmiş ümumi təhsil müəssisələri və məktəblilər də iştirak edirdilər.Məktəbimizin 11-ci sinif şagirdi Quluzadə İlkin və 8-ci sinif şagirdi Quluzadə Elgiz ən fəal iştirakcılardan olaraq diplom və hədiyyə ilə fəltif olundular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi