Xocalı xalqımın qan yaddaşı

1992-сi il fevralın 25-dən 26-na keçən gecə insanın yer üzünün əşrəfi kimi ucaldan bütün hisslər tapdandı. O gün yer üzündən bir şəhər silindi, insanları ilə bərabər.Odlandı Xocalı, yandı Xocalı.

Fevralın  24-ü məktəbin Xocalıya həsr olunmuş rəsm əsərləri ilə bəzədilmiş akt zalında “Xocalı xalqımın qan yaddaşı” adlı ədəbi-bədii gecə keçirildi.Tədbirdə  dövlət himni səsləndikdən sonra   Xocalıda həlak olan həmvətənləri mizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Xocalı faciəsinin əks etdirən videoçarx izləndi. Sonra şagirdlərin ifasında şair və yazıçılarımızın  Xocalı faciəsinə həsr olunmuş şeirləri səsləndi.Həyacanlı və titrək səslə söylənilən şeirlər hər kəsi kövrəltdi. Şagirdlər tərəfindən səhnələşdirilmiş M.Dilbazinin “Xocalı fəryadı” adlı dramı nümayiş etdirildi.

XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı haqqında nə qədər ürək ağrısı ilə danışsaq da düşmənə qarşı olan qəzəb və nifrətimiz bizi qisasa, mübarizəyə səsləyir.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi