“MƏNİMLƏ DANIŞ” KAMPANİYASI ÇƏRÇİVƏSİNDƏ GÖRÜŞ

25 noyabr 2019 tarixində 103 nömrəli tam orta məktəbdə V sinif şagirdləri ilə  “Mənimlə danış” kampaniyası çərçivəsində görüş  təşkil olunub.   Görüşü məktəbin psixoloqu Sevinc  Mehdiyeva  keçirib. Görüşün əsas məqsədi  məktəbdə  sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir.

     Təhsil Nazirliyi və YUNİSEF-in birgə əməkdaşlığı çərçivəsində keçirilən görüşdə ümumi təhsil müəssisələrində şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə geniş məlumatlar verilib. Məktəblərdə sağlam mühitin yaradılması ilə bağlı müvafiq müzakirələr aparılıb, "Mənimlə danış” kampaniyasından bəhs edən videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi