Valideyn iclası

21 noyabr 2019 cu il tarixində məktəbdə IX siniflər üzrə valideyn iclasları keçirildi. İclasda təhsil və təlimlə bağlı məsələlər valideynlərin nəzərinə çatdırıldı, Tədrisin daha da uğurlu olması üçün valideynlərin qarşısında dayanan vəzifələr müzakirə olundu İclasın gündəliyində aşağıdakı əsas məsələlər qoyulmuşdur:.1. İl ərzində şagirdlərlə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə aparılacaq işlər haqqında.2. Uşaqların təlim-tərbiyəsində valideynlərin məsuliyyətinin artırılması.3. Məktəb və ailənin vahid tələbkarlığı baxımından sinif rəhbərləri və valideynlər tərəfindən təlim müvəffəqiyyətinin şagird gündəliklərində izlənilməsi.4. Şagirdlərin dərsə davamiyyəti, dərsdən qalma, dərsə gecikmə və dərsdən yayınma hallarının qarşısını almaq məqsədilə nizam-intizamın, məktəbli formasının və məktəb əmlakının qorunmasının nəzarət altında saxlanılması. Iclasda eyni zamanda tədris proqramında yeniliklər haqqında məlumat verilmiş, valideynlərin təklifləri dinlənilmişdir.