PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLDİ

20 noyabr 2019-cu il tarixində 103№-li tam orta məktəbin akt zalında Pedaqoji Şuranın növbəti iclası keçirildi.Direktor iştirakçıları Pedaqoji Şuranın gündəliyi ilə tanış etdi. İclasın gündəliyində aşağıdakı məsələlər var idi: 1. I-IV siniflərdə yazı və oxu texnikasının yoxlanılması . 2. X- XI siniflərdə şagird nailiyyətlərinin qiymətləndirilməsi monitorinqi. 3. Şagirdlərdə milli- mənəvi dəyərlərə hörmət , vətənpərvərlik hissinin formalaşdırılması , şagirdlərlə psixoloji işin təşkili .4. Məktəbin Fəaliyyət Planına uyğun olaraq tədris istiqaməti üzrə görülmüş işlərin müzakirəsi . 5. İbtidai təhsil səviyyəsində təlim nəticələrinin əldə edilməsi , ayrı-ayrı fənlər üzrə məzmun standartları və məzmun xətlərinin reallaşdırılmasının vəziyyəti. 6. Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikasının Təhsil nazirinin 16 dekabr 2014-cü il tarixli 1279 № li əmrinə uyğun olaraq məktəbdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi ilə görülən işlər , şagird gündəliklərinin yoxlanılması vəziyyəti. Gündəlikdə olan məsələlər geniş müzakirə olundu və hər bir məsələ haqqında qərar qəbul olundu.