Narkomaniyaya “yox” deyək

30 oktyabr tarixində 103 nömrəli tam orta məktəbdə psixoloq Sevinc Mehdiyevanın təşkilatçılığı ilə “Narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən Sevinc Mehdiyeva narkotik vasitələrdən istifadə edənlərin cəmiyyətdən təcrid olunduğunu, bu kimi halların yaşanmaması üçün gəncləri narkomaniyanın fəsadları barədə məlumatlandırmağın vacibliyini vurğulayıb. O bildirib ki, narkotik vasitələrdən asılılıq həmin maddələrdən bir və ya bir neçə dəfə istifadə etməkdən qaynaqlanır.