"Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri"

29 oktyabr 2019- cu il tarixdə 103 nömrəli tam orta məktəbində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün 7 fevral 2019-cu il tarixli 935 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri" mövzusunda tədbir keçirilib. Məktəbin uşaq birliyi təşkilatı rəhbəri Vüsalə Məmmədovanın təşkilatçılığı ilə keçirilən tədbirdə məktəbin direktoru, bir qrup müəllim və şagird kollektivi iştirak edib. Tədbirdə şagirdlərin rəsm və əl işlərindən ibarət sərgi nümayiş olunub.