Bİr kərə yüksələn bayraq , bir daha enməz

Noyabrın 8-də 103 saylı tam orta məktəbdə 9 noyabr- Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş "Bİr kərə yüksələn bayraq , bir daha enməz !" adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib və bayraq gününə həsr olunmuş video-çarx nümayiş olunub. Məktəblilər ədəbi-bədii kompozisiya, bayrağa həsr  olunmuş şeir, mahnı və rəqs nömrələri  ilə çıxış ediblər.

Tədbirdə çıxış edən qonaqlar dövlət atribunlarından biri olan  bayraq haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər.

Sonda məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi