Valideynin məktəbdə bir günü

Valideynlərin  övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərin əldə edilməsi məqsədilə  103 nömrəli məktəbdə   “Valideynin məktəbdə bir günü”     adlı layihə keçirildi.  Rəsmi açılışdan sonra valideynlər ümumtəhsil müəssisəsi ilə əyani tanış oldular. Məktəbin  direktoru Səma Həziyeva  və təlim tərbiyə işləri üzrə direktor müavini Cəmalə Hüseynova çıxış etdiyi seminar  keçirildi. Valideynlərə ümumtəhsil pilləsində təhsil alanların attestasiyasının aparılması qaydası ilə bağlı valideynlərə məlumat verildi.  Tədbir dərs gününə təsadüf etdiyi üçün, valideynlər müəyyən növbələrlə tədris prosesini izləmək şansı əldə etdilər. Tədbirin  yekununda valideynlər qeyri formal mühitdə ünsiyyət qurma və əməkdaşlıq  perpektivlərini müzakirə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi