İnsan hüquqları aylığı

103 nömrəli tam orta məktəbdə " İnsan hüquqları aylığı " çərçivəsində "Hüquqlarımızı bilək” adlı dəyirmi masa və “İnsan hüquqlarının hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərləri” adlı tədbir keçirildi.Tədbirlərdə ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və ölkə Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamına əsasən, hər il iyunun 18-nin respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunduğu vurğulanır. Ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək ölkədə “İnsan hüquqları aylığı”nın keçirildiyi şagirdlərin diqqətinə çatdırılır. Həmçinin respublikamızda insan hüquqlarının qorunması ilə bağlı atılan addımlardan, bu sahədə əldə edilmiş nailiyyətlərdən, ölkəmizin beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsindən, tolerantlıq, multikulturalizm, islam həmrəyliyi ideyalarının dünyaya yüksək səviyyədə çatdırılmasından və Azərbaycanda multikultural dəyərlərə böyük hörmətlə yanaşılmasından bəhs olunur.