Qəlblərdə yaşayan öndər

103 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Ümummilli lideri, bütün dünya türklərinin əvəzsiz şəxsiyyətlərindən biri, XX əsr dünya siyasətində xüsusi yeri olan, Azərbaycan dövlətinin yaradıcısı, müdrik siyasətçi və müdrik insan  Heydər Əlirza oğlu Əliyevin 96 - illik yubileyinə həsr olunmuş " Qəlblərdə yaşayan öndər " adlı tədbir keçirildi. Tədbiri məktəbin direktoru Səma Həziyeva giriş sözü ilə açaraq bildirdi ki  ,  Ümummilli liderin adı hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və digər yüksək insani dəyərləri  ilə unudulmaz iz buraxıb. Azərbaycan xalqının çox əsrlik tarixinin son yüzilliyində yetirdiyi dahi və ən böyük şəxsiyyəti olan Heydər Əliyevin  öz xalqı və dövləti qarşısında xidmətləri misilsiz olub. Ulu öndər Azərbaycan adlı bir müstəqil dövlət qurub,  onun sabitliyini, dönməzliyini təmin edib, Milli mənəvi dəyərlərimizə qayıdışın, Milli özünüdərkin əsasını qoyub. Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində xalqımız böyük uğurlar qazanıb. Ulu öndərimizin  ölməz ideyaları  bu gün  prezident İlham Əliyevin siyasətində  öz əksini tapıb.
Daha sonra  məktəblilərin ifasında ümummilli lider Heydər Əliyevin xatirtəsinə həsr olunanan olunan şeirlər  səsləndi.Tədbir  Ulu öndər Heydər Əliyevin həmişə qürur hissi ilə dediyi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” kəlamı ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi